Reklam verin!

Blog Haqqında

Vüsal Məmmədov

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!

P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.

* * *
...- О, трижды романтический мастер, неужто вы не хотите днем гулять со своею подругой под вишнями, которые начинают зацветать, а вечером слушать музыку Шуберта? Неужели ж вам не будет приятно писать при свечах гусиным пером? Неужели вы не хотите, подобно Фаусту, сидеть над ретортой в надежде, что вам удастся вылепить нового гомункула? Туда, туда. Там ждет уже вас дом и старый слуга, свечи уже горят, а скоро они потухнут, потому что вы немедленно встретите рассвет. По этой дороге, мастер, по этой...

***

İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.

A.Onassis, milyarder

***

"Великие дела вершатся не сверхусилиями, а упорством".

Елена Блаватская

***

Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.

Альберт Эйнштейн

***

Либо Вы - часть решения, либо – часть проблемы!

Элдридж Кивер, американский специалист по менеджменту

***

"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."

Шри Ауробиндо

***

"Звезды не боятся, что их примут за светляков."

Рабиндранат Тагор


Axtarış

Bölmələr

Arxivlər

Qabaqki yazılar

Keçidlər

Dost bloglar

Sorğu

Sizcə, haram qazancla dolandığı sirr olmayan insana necə münasibət göstərilməlidir?





Açar sözlər

rüşvət  abş  mentalitet  qarabağ  ermənistan  inqilab  milli  rusiya  seçki  eurovision  toy  ayı  səmimiyyət  80/20  film  nifrət  liberalizm  bahalaşma  qafqaz  arxetip 

Sayqaç

İndi blogda: 1
Keçən ayın hiti: 10755
Dünənki hit: 365
Bugünki hit: 58
Ümumi hit: 153638

Müxtəlif


AddThis Feed Button
Add to Technorati Favorites


Amma nə il idi!..

Bu il hadisələrlə çox zəngin oldu. Yaşananların bəziləri gözlənilən, bəziləri qəfil idi; bəziləri çox gərgin, bəziləri sakit ötüşdü. Amma bütün hallarda, siçan – olduqca yaramaz siçan idi,  çox şeyi gəmirməyə macal tapdı. İndi – ilin sonuna bir gün qalmış 2008-in necə keçdiyini xatırlatmağın əsl vaxtıdır. Beləliklə, bizim versiyamıza görə, ilin hadisələr lentində ən vacib kadrlar bunlar idi:

Davamı...

Yazar: Vüsal Məmmədov @ Dekabr 29, 2008 16:22 | "analiz" | Şərhlər(5)
Baxış sayı: 73
Açar sözlər:
Bookmark and Share

Mən də “özür diliyorum”

Bir qrup türk ziyalısı… pardon, ziyanlısının başlatdığı “ermənilərdən özür diliyorum” kampaniyasına qoşulanların sayı artıq 19 mini keçib. Hər gün təxminən 3-4 min nəfər imzasını “özür diləyənlərin” sırasına qatmaqdadır. Dörd nəfərin (jurnalist Əli Bayramoğlu, universitet müəllimləri - professorlar Baskın Oran, Əhməd İnsəl və doktor Cengiz Aktar) təşəbbüsüylə başlayan kampaniya qısa vaxtda faktik olaraq Türkiyə cəmiyyətini ikiyə böldü. Düzdür, 80 milyonluq Türkiyə üçün 19-20 min cüzi bir rəqəm olsa da, bu mövzunun ölkənin bütün gündəmini tutması artıq kiçik məsələ deyil. Ən azı bu baxımdan “özür diləyənlər” artıq məqsədlərinə çatmış sayıla bilərlər. (Rəqəm də artmaqdadır axı!)

Davamı...

Yazar: Vüsal Məmmədov @ Dekabr 23, 2008 17:27 | "bu da belə..." | Şərhlər(20)
Baxış sayı: 144
Açar sözlər:
Bookmark and Share

Qəhrlər və qəhrəmanlar

…O xalq bədbəxtdir ki, qəhrəmanlara ehtiyacı var”. Corc Buşa ayaqqabı tulladığına görə jurnalist Müntəzir Əl-Zeydin dərhal bütün ərəb dünyasının qəhrəmanına necə çevrildiyini görəndə adamın yadına istər-istəməz bu misal düşür. Bütün İraq xalqı onun cəsarətindən və igidliyindən danışır, azadlığa buraxılmasını tələb edir, ən məşhur vəkillər onun müdafiəsinə qalxır, Livanın “New TV” kanalı ayaqqabı havaya qalxan andan andan onun sahibinə əməkhaqqı ödəməyə başlayıb, Müəmmar Qəddafinin qızı jurnalisti ordenlə təltif edib, səudiyyəli biznesmen isə hətta ayaqqabının bir tayını 10 milyona dollara almaq istəyir!
Amma bütün bu vur-çatlasının içində nə qədər anormallıqlar var!

Davamı...

Yazar: Vüsal Məmmədov @ Dekabr 16, 2008 20:25 | "bu da belə..." | Şərhlər(20)
Baxış sayı: 152
Açar sözlər:
Bookmark and Share

Qara cammatın qızılı

Məni nəyə görəsə ağıllı sayan insanlardan son günlərdə ən çox eşitdiyim sual belədir: “Adə, bu neftin qiyməti düşə-düşə gedir, bəs axırda nə olacaq?..” Həm də suallar elə narahat tövrlə verilir ki, sanki zalımlarının hərəsinin 3-4 neft sisterni var, malları əllərində qalıb, göz görə-görə qiymətdən düşür. Bəli, neft ölkəsinin vətəndaşı olmaq bu deməkdir – nəbzimiz birja ritmilə bir vuracaq!

                                     Neftin qiymətinin gündəlik düşmə qrafiki  (Mənbə: MetaStoks)
                                     (Hi = 147.23, Low = 40.47)

Davamı...

Yazar: Vüsal Məmmədov @ Dekabr 7, 2008 15:53 | "analiz" | Şərhlər(6)
Baxış sayı: 84
Açar sözlər:
Bookmark and Share

Hacı, Acı, Bacı

Mömin xalqımızın övladları arasında birqat, ikiqat, üçqat, dördqat və hətta beşqat “həci”lərin sayının artmaq ərəfəsində olduğu bu mübarək günlərdə ümumi sevinc balına bir qaşıq qətranımı qatmasam, olmaz. Ona görə yox ki, mərdümazaram, ona görə ki, anormal saydığm halları barmaqla göstərməyəndə nəyə görəsə, dinc dura bilmirəm. Yaxşı, mən lənətlənməsəm, sən söyülməsəm, bizə tüpürülməsə, haracan uzanıb gedəcək anormallıqlar?
Bu dəfə o haqda danışmayacağam ki, şəxsən çox yaxşı tanıdığım bir mürtəd dördüncü dəfə, o qədər də yaxşı tanımadığım və ən azı bu səbəbdən eyni epitetə layiq görə bilməyəcəyim digər bir zat beşinci dəfə, uzaqdan-uzağa haqqında məlumatım olan iki övrət isə hər biri ikinci dəfə Məkkəyi-mükərrəməni şərəfləndirəcəklər. Yəni idmanın bu növündə artıq tetrakampionlarımız, pentakampionlarımız meydana çıxmaqdadır.
Bu dəfə o haqda da danışmayacağam ki, iki-üç gün əvvəl müğənni Ruhinin mini yubkada çəkilmiş şəklinə heyran-heyran tamaşa edəndə, dostlarımın biri irad tutdu ki, “adam Hacıya o gözlə baxmaz!”

Davamı...

Yazar: Vüsal Məmmədov @ Dekabr 4, 2008 17:03 | "bu da belə..." | Şərhlər(9)
Baxış sayı: 143
Açar sözlər:
Bookmark and Share

Gec partlayan Bombey

Hindistandakı teraktin dolayısıyla Azərbaycana da təsiri ola bilər

Ötən həftə Hindistanın Mumbai (keçmiş Bombey) şəhərində baş verən terror aktının sadəcə terakt olmadığı getdikcə daha çox aydınlaşır. Üstəlik, düşünməyə əsas yaranır ki, terror aktı Hindistan qədər ən azı Pakistanın da əleyhinə yönəlib. Pakistan isə bizə dost və müttəfiq dövlət olduğundan, həmin regionda gedən proseslər Azərbaycanda da maraq doğurmaya bilməz.
Doğrudan da, 50-yə yaxın terrorçu qayıqlarla dünyanın ən böyük meqapolislərindən birinə basqın edib, şəhərin çox yaxşı qorunan  11 nöqtəsində möhkəmlənib,  iki sutkadan artıq bir müddətdə polislə faktik olaraq müharibə aparırsa, bu, ənənəvi “terakt” anlayışının çərçivəsinə sığmır.  Və xüsusi olaraq hazırlanmış təxribat əməliyyatlarına daha çox oxşayır. 

Davamı...

Yazar: Vüsal Məmmədov @ Dekabr 1, 2008 18:39 | "analiz" | Şərhlər(3)
Baxış sayı: 57
Açar sözlər:
Bookmark and Share

Dünyanın 10 ən gözəl birinci xanımı

10.  Mişel Obama (ABŞ)

Qara qız, hara belə? 

Ona “gözəl” demək bəlkə də olmaz, amma biz  - ağ adamlar qara gözəliyi obyektiv dəyərləndirə bilmərik axı. Ona görə də, Amerikanın ilk qara dərili birinci ledisi mütləq bu siyahıya düşməliydi.
…Özünün zəfər nitqində Obama arvadının haqqında belə demişdi: “…Son 16 ildə mənim ən yaxın dostum, ailəmizin söykəndiyi qaya, mənim həm gücümün, həm də zərifliyimin mənbəyi…” (Bütün kişilərə xanımları haqda bu cür sözlər deyə bilmələrini arzulayıram – V.)
44 yaşlı  Mişel necə gəlib çıxıb bu məqama?

O, elitar təhsil ocağı sayılan Prinston Universitetini, sonrasa Harvardın hüquq fakültəsini bitirib. Çikaqoda işləyərkən ərindən daha çox pul qazanırmış.

Davamı...

Yazar: Vüsal Məmmədov @ Noyabr 26, 2008 3:26 | Bölməsiz | Şərhlər(4)
Baxış sayı: 127
Açar sözlər:
Bookmark and Share

O-ho-ho, bir çəllək də neft!..

Son həftələrdə dəniz quldurlarıyla bağlı xəbərlər dünyanın gündəmini o dərəcədə doldurub ki, adam sanki özünü orta əsrlərdə yaşayırmış kimi hiss edir. Az qala hər üç-dörd gündən bir piratların növbəti basqını, daha bir gəmini girov götürmələri haqda xəbərlər yayılır. Özü də, əgər 2007-ci ilin əvvəllərinə qədər piratlar adətən xırda balıqçı gəmilərinə hücum edirdilərsə, indi böyük ticarət gəmilərini ələ keçirməkdən çəkinmirlər. Ötən həftə isə dəniz quldurlarının həyasızlığı lap həddini aşdı: onlar Amerikaya 2 milyon barrel neft daşıyan “Sirius Star” adlı supertankeri girov götürdülər. Bu nəhəng tanker ölçülərinə görə aviadaşıyıcı gəmilərdən üç dəfə böyükdür, daşıdığı yükün qiyməti isə 100 milyon dollara bərabərdir. Dünya piratçılığının tarixində indiyə qədər heç zaman buna bənzər bir şey olmamışdı.

Davamı...

Yazar: Vüsal Məmmədov @ Noyabr 23, 2008 22:11 | "analiz" | Şərhlər(3)
Baxış sayı: 79
Açar sözlər:
Bookmark and Share

Dünyanın 10 ən gözəl birinci xanımı

Adətən həmişə dövlətlərin birinci şəxslərindən danışrıq -  prezidentlər, baş nazirlər, krallar... Amma “birinci” epiteti heç də təkcə kişilərə aid olmur axı: “birinci ledi” anlayışı artıq çoxdan oturuşmuş siyasi instituta çevrilib. Və hətta iddia edə bilərik ki, birinci xanımlar bir çox cəhətlərdən öz xalqlarının daha yaxşı təmsil edirlər. O sadə səbəbə görə ki, birinci kişilər siyasətin sərt qaydalarına uyğun oynamağa məcburdurlar, xanımlarsa yox. Birinci xanımlar – öz ölkələrinin humanizm, mədəniyyət, gözəllik potensialının təqdimatçısı, təmsil etdikləri hakimiyyətlərin zəriflik, incəlik simvoludurlar.
Bu dəfə gözəllikdən danışacağıq. Beləliklə, dünyanın 10 ən gözəl birinci xanımı kimlərdir? Əvvəlcə ilk beşliyi sizə təqdim edirəm. Bəri başdan deyim ki, siyahı tamamilə subyektivdir

Davamı...

Yazar: Vüsal Məmmədov @ Noyabr 19, 2008 1:58 | Bölməsiz | Şərhlər(17)
Baxış sayı: 299
Açar sözlər:
Bookmark and Share

Kanalizasiyadan Qarabağa

Ötən həftə ATƏT-in Minsk Qrupunun həmsədrləri Moskva Bəyannaməsinin imzalanmasından sonra bölgəyə ilk səfərlərini etdilər. Onlar Bakıda olub, Enerji Samitində iştirak edəndən sonra İrəvana yollandılar, oradan Xankəndində gedib, sonra yenidən Ermnəistana qayıdıblar. Belə marşrutun səbəbi yəqin, onunla bağlıdır ki, vasitəçilər Moskva Bəyənnaməsi çərçivəsində hər iki tərəfdən atıla biləcək addımları müəyyənləşdirməyə çalışırlar. Dekabrın əvvəlində xarici işlər nazirlərinin görüşü gözlənilir və bundan sonra aydın olacaq ki, Moskva danışıqları prosesdə yeni mərhələyə keçidi təmin edə bilib, yoxsa yox.

Davamı...

Yazar: Vüsal Məmmədov @ Noyabr 18, 2008 1:57 | "analiz" | Şərhlər(1)
Baxış sayı: 72
Açar sözlər:
Bookmark and Share

  Yazılar cəmi: 208    Sonrakı səhifə »