Reklam verin!

Linux ppt

Linux vs Windows. Linux distrbutionlar və bəzi sadə əmrlər haqqında kiçik prezentasiya


yüklə

 

Bax

Hər şeyi müəyyən edəcək 5 şey


  • Niyyət
  • Zəhmət
  • Diqqət
  • Sükunət
  • Ibadət
  •     Əgər uğur və xoşbəxtlik istəyirsənsə bu 5cəhət səndə olmalı və sən uğura gedən yolda bunların heç birində axsamaya yol verməməlisən.Əgər bu 5 cəhətin hamısı kifayət edəcək  qədər səndə varsa , onda istədiyin şey sənindir , buyur al.

    Davamı...

    Zaman yolçuluğu

    Heç zehninizdə zaman yolçuluğuna çıxdınızmı? Keçmişə,gələcəyə və ya əksinə onlardan indiyə. Yoxsa ancaq bu günü yaşamağı üstün tutursuz? Bilirsizmi əslində bu zaman yolçuluğu elə bu günü yaşamaqdan ötrüdür, amma layiqiylə yaşamaq, doya-doya yaşamaq. Bu günümüzü layiqiylə necə yaşayarıq? İstədiyimiz yerdə, istədiyimiz kimi olmaqla, ünsiyyətlərimizdən ləzzət almaqla.

         Xatırladığımız keçmiş, görmək istədiyimiz gələcək, onların gözümüzün önündə canlanacaq xəyalları bizi bu günü doya-doya yaşamaq üçün çalışmağa, özümüzə hədəflər təyin edib onlara çatmağa vadar edəcəkdir. Əlbəttə ki, bunu həqiqətən istəyir və hədəflərmizi gözümüzün önündə görürmüşcəsinə canlı və dolğun xəyal edə biliriksə.Zaman yolçuluğunun 4 istiqaməti var:

    Davamı...

    F# belə olacaq

    Keçən gün yazmışdım ki, Microsoft F# dili üzərində işləyir.  (Microsoft yeni proqramlaşdırma dili üzərində işləyir)

    Indi yenə internetdə gəzirdim, F#ın necə olacağın gördüm. Sizlərlə paylaşmaq istədim. Buyurun F# to ship as part of Visual Studio 2010  

    Qısaca olaraq onu deyə bilərəm ki, F# işlətmək üçün mütləq Visual Studio 2010-u almaq lazım deyil. 2008-ə update kimi qoyulacaq. Yəni F# istifadəyə verilən kimi, Visual Studio 2008də istifadə etmək olacaq. Həmçinin .Netin tərkibində deyil, əlavə komponent kimi buraxılacaq. 


    Davamı...

    C# haqqında türkçə super bir kitab

    Əlimdə C# haqqında türkçə çox gözəl bir kitab var. Kitabın adı "Her yönü ile C#", 460 səhifədir. 

    Yüklə (rapidshare)

     

    Yüklə (Boxca)

    10 barmaqla yaz

    10 barmaqla yaz

    Sürət əsrində sürətdən geri qalma!

    Davamı...

    Əhatə edilməyən hədəf fəth edilə bilməz!


    Çevrəmdə arzularla dolu insanlar görürəm. Evlərindən çıxıb çevrəyə açıldıqca, televizordan, internetdən, lazımsız yuxudan, boş oturmaqdan uzaqlaşdıqca üstün arzuları içlərindən çölə daşıyır. İnsanların enerji əks etdirən üzlərinə, böyük işləri idarə edənlərə, incəsənət bacarıqlarını ortaya çıxaranlara baxdıqca ürəklərindəki daha yaxşı olma, daha gözəl işlər etmə arzularını alovlandırırlar. Özlərini reallaşdırmaq, əhəmiyyətli bir insan olaraq yaşamaq istəyirlər.

    Tənbəlliyə, içinə, nəfsinə bağlananların bütün arzuları eqoist, sadə və vicdanı narahat edən zövqlərin ətrafına həbs olunur. Belələri, yalnız cinsi orqanı, mədəni, qulağı, bədəni təmin edən arzular çuxuruna bağlanırlar. Günümüzdə internet, chat, yoldaşlıq qrupları  xüsusilə bu məqsədə xidmət edən vəziyyətə gəlmişdir.

    Davamı...

    21 addımda hədəflərlə yaşamaq üçün...

     

    Potensiyalınızı ortaya qoyun!
     
       Həqiqi potensiyalınızın sərhədsiz olduğunu unutmuyun. Həyatda bugünə kimi etdiyiniz hər şey gələcəkdəki uğurlarınız üçün bir hazırlıqdır.

    Həyatınızın idarəsin əlinizə alın!
     
       Düşündüyünüz, etdiyiniz və söylədiyiniz hər şeydən və bu andan etibaren başınıza gələnlərdən siz məsulsunuz. Əsla bir bəhanə uydurmuyun və başqaların günahlandırmıyın. Bunun yerinə hər gün hədəflərinizə doğru irəliləyin.

    Davamı...

    Sağ və Sol Beyin

    beyin Beyin üzərində aparılan araşdırmalar beynin iki hissədən sağ və sol beyindən ibarət olduğun göstərmişdir. Elm adamlarının apardığı araşdırmalarda  sağ və sol beynin funksiyalarının ayrı olduğu müəyyənləşmişdir. Beynin bu xüsusiyyətini Roget Wolcott Sperry tərəfindən tapılmışdır. Buna görə 1981-ci ildə Nobel mükafatına layiq görülmüşdür. Sonradan bu araşdırmaları onun tələbəsi Michael Gazzaniga davam etdirmişdir. Hə, tarix yazmaq fikrim yoxdur. Bu alimlər nə tapıblar?

    Davamı...

    Zamanın İdarə edilməsi (davamı)

    12. Şənbə günləri 2 saatınızı özünüzə həsr edin. Bu vaxt ərzində vaxtınızı necə təşkil etməyinizə və onu inkişaf etdirməyə baxın. Çox güman ki, siz bir çox yerdə vaxtınızı boşa keçirdiyinizi görəcəksiniz və biraz yaxşı təşkil etməklə daha yaxşı vaxtı idarə edə biləcəyinizi kəşf edəcəksiz.

    13. Plan üçün "sakit vaxt" yaradın.

    14. Lazımsız şeyləri atın getsin! Əgər bunu etməyə ürəyiniz yanınırsa, 90 gün saxlayın. 90 gün ərzində işlətmədinizsə, rahatlıqla bunları atın getsin.

    15. İşdən evə getməmişdən qabaq bu 3 şeyi edin : 1) iş masasının üstün təmizləyin, 2)Sabahın nə edəcəyinizi planlaşdırın, 3) Bunları öz iş siyahınıza yazın . Sonra evə gedib, rahatlıqla dincələ bilərsiz.

    Davamı...


      Yazılar cəmi: 76    Sonrakı səhifə »


    Blog Haqqında

    Alik
    "Dünəndən öyrən, bugünü yaşa, sabaha ümidlə bax" Albert Enşteyn

    Sən dünyanın ən dahi insanısan! Nİyə də yox? Dahi olmaq üçün nəsə kəşf etmək lazımdır? Onda özünü kəşf et. Sahib olduğun potensiyalı gör və işə başla. Hədəf seç, bu hədəfə doğru yorulmadan addımla. Bir gün zirvələri fəth edəcəksən.

    "Nə əkərsən, onu biçərsən" sabah meyvə yemək üçün bugün ağac əkmək lazım olduğun unutma!

    Axtarış


    Bölmələr

    Arxivlər

    Qabaqki yazılar

    Keçidlər

    Dost bloglar

    Sorğu

    Uğur qazanmağınıza kim və ya nə mane olur?






    Açar sözlər

    linux  microsoft  hədəf  uğur  zaman  düşüncə  c++  proqramlaşdırma  python  beyin  ip  nlp  qabiliyyət  mysql  çalışmaq  tcp/ip  c#  windows  bash  f# 

    Sayqaç

    İndi blogda: 1
    Keçən ayın hiti: 4693
    Dünənki hit: 142
    Bugünki hit: 8
    Ümumi hit: 24449

    Müxtəlif