Reklam verin!

Axtarış

Bölmələr

Peyk TV antennaların satışı və quraşdırılması

Abunə ol!

Sayqaç

  • İndi blogda: 2
  • Keçən ayın hiti: 14784
  • Dünənki hit: 478
  • Bugünki hit: 37
  • Ümumi hit: 82826

Azəri Blog Birliyi

Ötən il necə keçdi

Dekabr 30, 2008 22:52
Həsənəlizadə Ramin

 

2008-ci il başa çatır və mən bir daha çönüb, yaşadığımız ilə baxmaq, bu il dünyada baş verən hadisələri bir daha xatırlamaq istəyirəm. Mənim üçün ən yadda qalan hadisələr aşağıdakılar oldu:

 

 

Lütfiyar İmanov 
Şəklin mənbəyi: lutfiyarimanov.blogspot.com         

   

Koroğlu. Yanvarın 21-i Bakı şəhərində böyük sənətkar, Azərbaycan opera müğənnisi, Azərbaycan xalq artisti Lütfiyar İmanov vəfat etdi.

 

Qəza. Yanvarın 29-u Bakının yaxınlığında Azərbaycan hərbi hava qüvvələrinə məxsus MİQ-29 təyyarəsi qəzaya uğradı. Pilotların ikisi də həlak oldu.

 

 

Kosovonun azadlıq günü
Şəklin mənbəyi: nytimes.com          

   

Kosovo. Bu il fevralın 17-si Kosovo parlamenti birtərəfli olaraq Serbiyadan azadlıq elan etdi və artıq səhərsi günü Kosovonun müstəqilliyi iki dövlət – Əfqanıstan və Tayvan tərəfindən tanındı. Bugünkü günə BMT-nin 192 dövlətindən 51-i Kosovonu müstəqil dövlət kimi tanıyıb.

 

Serjik. Fevralın 19-da Serj Sarkisyan (Սերժ Սարգսյան) Ermənistanın prezidenti oldu. Seçkilərdən sonra Ermənistan bir neçə gərgin günlər yaşadı. Müxalifətdə olan digər namizəd, keçmiş prezident Levon Ter-Petrosyan (Լեւոն Տեր-Պետրոսյան) məğlubiyyətə uğrayarkən nəticə ilə razılaşmayıb və öz tərəfdarlarını küçələrə çıxartdı. Erməni polisi müxalifətçilərə qarşı silah tətbiq etdi. 8 nəfər ölü, 130 yaralı və bir çoxu həbs olunanlar bu qarışıqlıqların nəticəsi oldu.


Davamı...

Yazını "XəbərNamə"yə göndər! Şərhlər(6)
72 dəfə oxunub
bölmə: Müxtəlif

Vikipediya-da Qarabağ haqqında

Dekabr 10, 2008 21:22
Həsənəlizadə Ramin

 

Salam hörmətli oxucularım! Neçə vaxtdır bloqu yeniləmirəm. Qurban bayramınızı da təbrik etmədim, üzr istəyirəm. Gec də olsa hamınızı Qurban bayrmı münasibəti ilə təbrik edirəm! Allah, Qurbanınızı qəbul eləsin, arzularınızı həyata keçirsin!

 

Mövzunun başlığından göründüyü kimi, bu gün mən sizə Vikipediya-nın Qarabağa aid məlumatları haqqında danışmaq istəyirəm. Bu gün Lent.az APA-ya istinad edərək “Vikipediya-da Dağlıq Qarabağ müstəqil dövlət kimi təqdim olunub” başılıqlı bir xəbər yayımlayıb. Xəbərin şüarında deyilir ki – “Vikipediya beynəlxalq açıq ensiklopediyasında Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə bağlı həqiqətəuyğun olmayan məlumatlar yerləşdirilib.”  Dalınca da – filan-bəsməkan – istəsəniz özünüz keçib xəbəri oxuyun. Daha demirlər ki Vikipediya-da Azərbaycan dilindən başqa bütün dillərdə Qarabağ haqqında yazılan məqalələrdə Dağlıq Qarabağ müstəqil erməni dövləti kimi təqdim olunub. Vikipediya-da hətta türk dilində belə Qarabağın müstəqil dövlət olduğu haqqında yazılıb. Həmən məqalələrdə Qarabağ haqqında müxtəlif yanlış məlumatlarla bərabər onun “bayrağı”, “himni”, “gerbi” və digər qondarma rəmzləri də öz yerini tapıb. Ermənilər tərəfindən yazılmış və Vikipediya-da yerləşdirilmiş bu məqalələr elə ermənilər tərəfindən də gecə-gündüz qorunub saxlanılır və biz bu yazılarda öz xeyirimizə hər hansı bir düzəliş etsək, onlar o saat o düzəlişi ləğv edib öz yazılarını yenidən bərpa edəcəklər. Bəzi dillərdə olan məqalələr hətta redaktə üçün qapalıdırlar. Beləliklə, bütün dünya artıq Qarabağı müstəqil dövlət kimi tanıyır, biz isə öz xəyalımızda yaşamağa davam edirik. Bu acınacaqlı vəziyyəti dəyişib, Vikipediya istifadəçilərinə həqiqəti çatdırmaq üçün görəsən neyləmək lazımdır? Təklifləriniz?



Yazını "XəbərNamə"yə göndər! Şərhlər(13)
188 dəfə oxunub
bölmə: İnternet, Müxtəlif

Azərbaycanın xəbərlər saytları haqqında

Noyabr 23, 2008 18:35
Həsənəlizadə Ramin

 

News Logos

 

Azərbaycanın bir çox xəbərlər saytları ilə tanış olduqdan sonra ağlıma gələn bəzi fikirləri sizinlə bölüşmək istədim. Daima izlədiyim Azərbaycan xəbərlər saytları bunlardır: Apa.az, Day.az, 1news.az, Anspress.com, Lent.azQaynar.info. Fikrimcə bu saytlar Azərbaycanda baş verən hadisələri kifayət qədər ətraflı açıqlayırlar. Təbii ki, Azərbaycanda olan bütün xəbərlər saytları haqqında ətraflı danışa bilməyəcəyəm, lakin, daima izlədiyim, diqqətimi çəkən digər saytlar haqqında və Azərbaycanın İnternet xəbər aləmini ümumiyyətlə bir az analiz etməyə çalışacağam.


Davamı...

Yazını "XəbərNamə"yə göndər! Şərhlər(12)
274 dəfə oxunub
bölmə: İnternet, Müxtəlif

Xarıbülbül haqqında

Noyabr 12, 2008 22:12
Həsənəlizadə Ramin

 

Xarıbülbül

 

Xarıbülbül. Bu çiçək haqqında yəqin ki hamımız eşitmişik və bu təbiidir, çünki, bu gözəl çiçək Vətənimiz Azərbaycanın, Qarabağın, Şuşanın diri rəmzidir. Bəli, hamımız eşitmişik, lakin adından başqa, bu gül haqqında nə bilirik? Deyilənə görə bu gül yalnız Şuşada bitir. Lakin, mən onun Laçında, Gədəbəydə, Xızı dağlarında da bitdiyini eşitmişəm, Şamaxı rayonunun Pirqulu qəsəbəsində isə onu öz gözümlə görmüşəm. Onda Xarıbülbülü ilk dəfə idi ki görürdüm. O zaman mənə bu gül haqqında gözəl bir əfsanə danışdılar:

 

“Biri varmış biri yoxmuş, bir dənə bülbül varmış. Bu bülbül bir gülə aşiq olubmuş. O gülü sevir, onun başına dolanır, onun üçün cəh-cəh vurur və onu qoruyurmuş. Günlərin bir günündə bir arı gülü görür və onun şirəsini dadmaq istəyir. Həmən an bülbül arının gülə doğru uçmağını görüb, sinəsini qabağa verib, tez arının qarşısını kəsir. Onlar havada toqquşurlar və arı bülbülü sancır. Lakin bülbül ölmür, onun sevgisi və cəsarəti onu, sancdığı arıyla birlikdə başqa bir gülə – Xarıbülbülə döndərir”.


Davamı...

Yazını "XəbərNamə"yə göndər! Şərhlər(16)
277 dəfə oxunub
bölmə: Müxtəlif

Vahid Qasımov: İnternet – müasir cəmiyyətin ən gözəl modelidir

Noyabr 2, 2008 19:05
Həsənəlizadə Ramin

 

Hörmətli oxucular, bloqumun «Müsahibələr» bölməsinin bugünkü qonağı İnternet üzrə təcrübəli mütəxəssis, Kataloq.NET layihəsinin yaradıcısı və «Sahil-İT» MMC şirkətinin rəhbəri Vahid Qasımovdur.

 

  Salam Vahid bəy, bloquma xoş gəlmisiniz! İlk növbədə bloquma qonaq olub, mənimlə söhbət etməyə razılaşdığınız üçün sizə təşəkkür edirəm! Vahid bəy, zəhmət olmasa oxucularıma işiniz, şirkətiniz haqqında bir az məlumat verin.

  Salamlar! İlk öncə şəxsimə qarşı maraq göstərdiyiniz üçün sizə dərin təşəkkürlərimi bildirirəm. Çalışacağam ki, etibarınızı doğruldum.

İşimiz İnternetdir. Özüm artıq 10 ilə yaxındır ki, İnternet texnologiyalarla məşğul oluram, eləcə də «Sahil-İT» şirkəti milli İnternetə töhfələri ilə 5-ci ilini tamamlayır.

 

  Kataloq.NET layihəniz 2007-ci ildə Azərbaycanın Milli İnternet Mükafatı olan «NETTY» mükafatını qazandı. Bu sizə nə verdi? Yəni, layihə üçün bunun müsbət və ya mənfi təsiri oldumu?

  Layihənin servis saytlar kateqoriyasında Netty-2007 mükafatçısı olmasının təbii ki, layihənin tanınması nöqteyi-nəzərdən olduqca əhəmiyyətli rolu olub. Eyni zamanda bu fakt bizi məcbur edir ki, Kataloq.NET-ə daha da ciddi yanaşaq və davamlı olaraq inkişaf etdirək.


Davamı...

Yazını "XəbərNamə"yə göndər! Şərhlər(8)
201 dəfə oxunub
bölmə: İnternet, Müsahibələr

  Yazılar cəmi: 41    Sonrakı səhifə »


© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com